Xəbər lenti

Arestoviç Rusiyanın yeni hədəfini açıqladı: "Qarşıdakı iki həftə ərzində..."
Dünya12:13 09.04.2022

Arestoviç Rusiyanın yeni hədəfini açıqladı: "Qarşıdakı iki həftə ərzində..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarşıdakı iki həftə ərzində Donbassda müharibənin taleyini həll edəcək ağır döyüşlər baş verəcək. Bundan əlavə, işğalçılar Zaporojye və Xerson istiqamətində səylərini gücləndirdilər".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Telegraf.com"a müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Rusiya ordusu 6 istiqamətdə uduzur və buna görə də əsas diqqəti Donbassı ələ keçirməyə yönəldir:
"Rusiya qoşunlarının hücum üçün gücləri yoxdur. İtkiləri kompensasiya etmək üçün gizli səfərbərlik etmək cəhdləri uğursuzluğa düçar oldu. Ona görə onlarda hələ də texnika və şəxsi heyət çatışmazlığı var. Çox ciddi itkilər veriblər. Onların 120 taborundan 20-yə yaxını tamamilə məhv edilib. 40-a yaxın isə döyüşə qismən hazırdır. Bu, o deməkdir ki, Rusiya ordusu 60 faizədək itki verib. 
Onların hücum etməyə çalışdıqları yeganə yer Donbassdır. Orada səkkiz ildir ki, təchizat marşrutları qurulub, Ukrayna müqaviməti yatırılıb, partizan yoxdur”.
Aydın