Yüksək lif tərkibli məhsullar həzmi yaxşılaşdırır və toxluq hissini artırır ki, bu da çəkinin azalmasına kömək edir. Bu məhsullar ümumi sağlamlıq vəziyyətinə də müsbət təsir göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Health" yazır.
1. Mərci - Bir stəkan mərcidə 15,6 qram lif var ki, bu da gündəlik 28 qram normanın 55,7 faizinə bərabərdir. Tədqiqatlara görə, mərci zülalla da zəngindir (bir stəkanda 17,9 qram). Zülal və lif həzmi ləngidir və uzunmüddətli toxluq hissi yaradır.
Araşdırmalar göstərib ki, paxlalı məhsullardan istifadə edən böyüklər 10 il ərzində onları istifadə etməyənlərlə müqayisədə daha az çəki artırıblar.
2. Avokado - 201 qram avokadoda 13,5 qram lif var ki, bu da gündəlik ehtiyacın 48 faizini təşkil edir. Avokadonun qəbulu zamanla çəki artımının qarşısını almağa və "pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir. O, az karbohidratlı və sağlam yağlarla zəngin olduğu üçün uyğun qida sayılır.
3. Kətan toxumu - Bir xörək qaşığında 5,62 qram lif var ki, bu da gündəlik normanın 20 faizidir. Kətan toxumu mis, maqnezium və selen kimi minerallarla zəngindir. Tədqiqatlar göstərir ki, 30 qram üyüdülmüş kətan toxumu qəbul edən insanlarda bel ölçüsü və bel-bud nisbəti azalır.
4. Moruq - Bir stəkan moruqda 8 qram lif var (gündəlik normanın 29 faizi). Moruq antioksidantlarla zəngindir və hüceyrələri zədələnmədən qoruyur. Bu isə ürək-damar xəstəlikləri riskini azalda bilər.
5. Brüssel kələmi - Bir stəkanda 4 qram lif var (14,3 faiz). Araşdırmalar göstərir ki, daha çox tərəvəz yeyən insanlarda piylənmə riski daha azdır. Brüssel kələmi C və K vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.
6. Çia toxumu - 28 qram çia toxumunda 9,75 qram lif var (34,8 faiz). Bu toxumlar bədən yağının, xüsusilə qarın bölgəsində azalmasına kömək edə bilər. Eyni zamanda kalsium, dəmir, maqnezium və selenlə zəngindir.
7. Böyürtkən - Bir stəkan böyürtkəndə 7,63 qram lif var (27,3 faiz). O, C və K vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.
8. Qara lobya - Bir stəkanda 15 qram lif və 15,2 qram zülal var. Bu, qara lobyanı çox doyurucu qida edir. Lif həzm sistemini dəstəkləyir və sağlam bağırsaq fəaliyyətinə kömək edir.
9. Yulaf yarması - 1/4 stəkanda 5 qram lif var (18 faiz). Minimal emal olunmuş yulaf daha çox lif və zülal ehtiva edir, bu da arıqlama üçün daha faydalı sayılır.
10. Edamame - Bir stəkanda 8 qram lif və 18,5 qram zülal var. Lif və zülal baxımından zəngin qidalar sağlam çəkinin qorunmasına kömək edir. Edamame həmçinin maqnezium və kaliumla zəngindir.
Aydın
Şərhlər