"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan dövlət başçısına telefon zəngi yenidən üçtərəfli formatda danışıqların aparılmasına hesablanmış təşəbbüsdür. Beştərəfli Qranada görüşünün baş tutmaması fonunda Şarl Mişel danışıqlar formatında dəyişiklik etmək qərarına gəlib”.
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Qranadada keçirilən sammtidən Bakının imtina etməsi və Fransanın cığallığı nəticəsində qərar qəbul etmək mümkün olmadı:
"Avropa Birliyi İrəvanla əldə olunmuş nailiyyətlərin itirilməməsi üçün yenidən üçlü formatda danışıqların aparılmasına təşəbbüs göstərir. Şarl Mişellə İlham Əliyev arasında danışıqlar zamanı ən maraqlı və ən vacib detal Azərbaycan dövlət başçısı tərəfindən səsləndirilən anklav ərazilərin işğaldan azad olunması məsələsidir. Azərbaycanla Ermənistan arasında növbəti Brüssel danışıqlarında məhz anklav ərazilərinə diqqət yetiriləcək. Yaxın gələcəkdə bu məsələlərin həllində də irəliləyişin əldə olunmasına ümid bəsləyə bilərik. Yəni, sülh sazişindən öncə, anklav ərazilərin də işğaldan azad olunmasının da şahidi ola bilərik”.
Rüfət Sultan
Şərhlər