Xəbər lenti

Aşıq Yadigar dəfn edildi (YENİLƏNİB)
Sənət 13:52 18.11.2025

Aşıq Yadigar dəfn edildi (YENİLƏNİB)

Əməkdar artist Yadigar Muradov dəfn edilib.

Qaynarinfo xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
 
***
 
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.

Modern.az xəbər verir ki, buna səbəb mərhumun ailəsinin istəyi olub.

Onlar hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.

Aşıq Yadigarın nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılıb.

 
***
Əməkdar artist Yadigar Muradov ilə vida mərasiminin yeri və tarixi məlum olub.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, Aşıq Yadigarla vida mərasimi bu gün saat 12:00-da direktoru olduğu Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutacaq.

Onun Badamdar qəbiristanlığında dəfn ediləcəyi bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->