Xəbər lenti

Astma xəstələrinə xəbərdarlıq: Soyuq hava tutmaları sürətləndirir
Sağlamlıq 14:14 28.02.2025

Astma xəstələrinə xəbərdarlıq: Soyuq hava tutmaları sürətləndirir

Astma tutmalarının əsas səbəblərindən birinin soyuq hava olduğunu bildirən uzman həkim Arif Keleşoğlu, "Astma nə qədər şiddətlidirsə, soyuq havanın simptomları tetikleme ehtimalı bir o qədər yüksəkdir" deyə qeyd edib.

Milyonlarla insanın ortaq problemi olan astma tutmaları soyuq hava ilə daha da şiddətlənə bilər. 

Qaynarinfo xəbər verir ki, türkiyəli uzman doktor Arif Keleşoğlu qış aylarında artan astma simptomlarının düzgün müalicə və sadə tədbirlərlə nəzarət altına alına biləcəyini vurğulayır. 

O, astmanın ağciyərlərdəki hava yollarının geri dönə bilən şəkildə daralması ilə xarakterizə olunan bir xəstəlik olduğunu bildirərək deyib: "Türkiyədə əhalinin təxminən 5-7%-nin astmadan əziyyət çəkdiyi təxmin edilir. Qrip və digər virus infeksiyaları, toz, iy, qaz və tüstü kimi amillər astma tutmalarını tetikleyə bilər. Xüsusilə soyuq hava, qış aylarında astma tutmalarının daha tez-tez baş verməsinə səbəb olur".

Soyuq hava astmanı necə sürətləndirir?

Soyuq və quru hava, nəfəs yollarını qıcıqlandıraraq öskürək, xırıltı və nəfəs darlığına səbəb ola bilər. Dr. Keleşoğlu bu barədə belə deyir:

"Astma tutmasının tetiklenmesi bir çox faktorla bağlıdır. Soyuq hava da bu faktorlar arasındadır. Astmalı şəxslərin əksəriyyəti hava dəyişikliklərindən təsirləndiklərini hiss edirlər. Xüsusilə qış ayları digər fəsillərlə müqayisədə daha çox astma tutmasına səbəb ola bilər. Soyuq, quru və küləkli hava şəraiti bir araya gəldikdə, simptomlar daha da şiddətlənir. Ümumiyyətlə, insanın astması nə qədər ağırdırsa, soyuq havanın simptomları artırma ehtimalı da bir o qədər yüksəkdir".

Soyuq havada astma xəstələri necə qorunmalıdır?

Burun yerinə ağızdan nəfəs almaq, soyuq havanın birbaşa ağciyərlərə çatmasına səbəb olur və bronxların daralmasını tətikləyir. Dr. Keleşoğlunun sözlərinə görə, burundan nəfəs alındıqda hava buradakı qan damarları vasitəsilə isinərək ağciyərlərə çatır və astma tutmalarının qarşısını alır. Ona görə də, soyuq havada atqı kimi örtüklərlə ağız və burunu qorumaq tövsiyə edilir.

Astma xəstələri üçün fiziki aktivlik vacib olsa da, soyuq hava idman zamanı astma simptomlarını tetikleyə bilər. Dr. Keleşoğlu soyuq havada idman etməzdən əvvəl lazımi dərmanların qəbul edilməsini və nəfəs açıcı inhalerlərin (sprey) yanınızda olmasını məsləhət görür.

Düzgün qidalanma və maye istehlakı vacibdir

Dəyişkən hava şəraitində A, C və E vitaminləri ilə zəngin qidalar qəbul edilməlidir. Brokoli, cəfəri, roka kimi tünd yaşıl yarpaqlı tərəvəzlər antioksidant təsir göstərir və immuniteti gücləndirir.

Bol su içmək vücudu toksinlərdən təmizləyir və tənəffüs yollarını nəmləndirir. Sıxlıq olan mühitlər yaxşı havalandırılmalı, kondisionerlərin filtr təmizliyi mütəmadi yoxlanılmalıdır.

Gigiyena qaydalarına riayət edin

* Xəstə insanlarla təmas minimuma endirilməli, öpüşmək və qucaqlaşmaqdan çəkinilməlidir.
* Əl gigiyenasına diqqət edilməli, əllər tez-tez yuyulmalı və maye sabun istifadə olunmalıdır.
* Yaxşı və keyfiyyətli yuxu, rahat və dinlənmiş bir bədən üçün vacibdir və immunitet sisteminin güclənməsinə kömək edir.

Astma dərmanlarını vaxtında qəbul edin

Dr. Keleşoğlu idman və fiziki fəaliyyətə başlamazdan 15-20 dəqiqə əvvəl astma dərmanlarının istifadəsinin simptomların qarşısını ala biləcəyini vurğulayır. Stresin idarə edilməsi də astma tutmalarının azalmasına kömək edən mühüm amillərdəndir.

Soyuq hava astma xəstələri üçün ciddi bir risk faktoru ola bilər. Lakin düzgün tədbirlər alaraq və müalicəyə diqqət edərək, qış aylarında astma tutmalarının qarşısını almaq mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->