Xəbər lenti

ATƏT nümayəndələrini “Boeing”in düşdüyü əraziyə buraxmayıblar
Dünya18:55 18.07.2014

ATƏT nümayəndələrini “Boeing”in düşdüyü əraziyə buraxmayıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Havaya xəbərdarlıq atəşi də açılıb”.
ATƏT mətbuat xidməti bildirib ki, Malayziyaya məxsus “Boeing”in düşdüyü əraziyə ATƏT nümayəndələri üçün məhdudiyyətsiz giriş təmin olunmayıb.
“Onlara söz verilən məhdudiyyətsiz giriş imkanı təşkil olunmayıb. Onlar qəza zonasına yalnız 200 metr girə biliblər”.  
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ATƏT mətbuat xidmətinin əməkdaşı Nataşa Radjakoviç bildirib.
Qeyd edək ki, bundan əvvəl separatçılar  ATƏT nümayəndələrinin hadisə yerinə məhdudiyyətsiz girişinə razılıq vermişdilər.    
Nataşa Radjakoviç qeyd edib ki, hadisə yerində olan separatçılar hətta havaya xəbərdarlıq atəşi də açıblar. 
Qaynar.info