Xəbər lenti

ATƏT: "Məntəqələrin 58 faizində pozuntu olub"
Siyasət10:36 10.10.2013

ATƏT: "Məntəqələrin 58 faizində pozuntu olub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İlk növbədə birləşmək, toplaşmaq və fundamental insan azadlıqlarına maneələr olub, ədalətli seçki mühiti təmin olunmayıb. Eyni zamanda seçki prosesinə müdaxilə olunub”

 Bunu seçkinin nəticələri ilə bağlı ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Michel Vousin oktyabrın 10-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 O ümumilikdə 1143 məntəqədə müşahidə apara bildiklərini qeyd edib. Michel Vousin seçki günü proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlərin müşahidə olunduğunu vurğulayıb:

 “Bunlar da ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsindəki ciddi maneələrin olduğunu göstərir”.

 Michel Vousin seçici fəallığının 72 faiz olmasını Avropa ilə müqayisə oluna bilən fəallıq adlandırıb. Amma o problemlərə də toxunub:

 “Səsvermənin 12 faizi düzgün olmayıb. Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu olub”

Tana de Zulueta:

- Ən ciddi narahatçılıq seçkilər başa çatandan sonra səslərin sayılması zamanı olub. Seçki müşahidə missiyasının səslərin sayılması prosesində belə qənaətə gəlib ki, əhatə etdiyi ərazilərdə 58 faiz pis və ya çox pis kimi qiymətləndirilib.

Qaynar.info