Xəbər lenti

Avropa Birliyindən Rusiya neftinə embarqo gəlir
Dünya08:50 20.04.2022

Avropa Birliyindən Rusiya neftinə embarqo gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Birliyinin Rusiya neftinə sanksiyası üzərində iş gedir.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Fransa maliyə naziri açıqlama edib. 
Maliyə naziri Bruno Le Maire bildirib ki, prezidenti Makron sanksiyadan yanadır. 
Nazir Rusiyadan qaz idxalını dayandırmaqdansa neft embarqosunun tətbiq edilməsini təklif edib.
"Ümid edirəm ki, üzümüzə gələn həftələrdə biz avropalı partnyorlarımızı Rusiya neftini almağı dayandırmağa inandıracağıq”, - Le Maire açıqlamasında deyib.
"İllər boyu Vladimir Putin üçün əsas pul mənbəyi nə olub? Bu, təbii qaz yox, neft idi”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, Rusiyanın Ukraynanın şərqinə yeni hücumu Avropanı Rusiya enerjisi asılılığından qurtulması aktuallığını artırıb. O, həmçinin adını çəkmədiyi bəzi Avropa ölkələrinin buna hazır olmadığını bildirib.
Nurlan Hüseynov