Xəbər lenti

Avropa Liqası:
İdman 22:45 24.10.2024

Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı

"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.

Qaynarimfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.

2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da "Qarabağ” oyunu 9 nəfərlə tamamayıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt”ə qarşı keçirəcək. 

UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur

24 oktyabr
Qarabağ (Azərbaycan) - Ayaks (Niderland) 0:3
Qollar: Kennet Teylor, 36. Vaut Veqorst, 73-pen. Çuba Akpom, 77.
Qırmızı vərəqələr: Julio Romao, 15. Elvin Cəfərquliyev, 80.
Qarabağ: 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoveç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə (q), 97. Fabian Buntiç (q), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade, 97. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ayaks: 22. Remko Pasveer, 4. Jorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan Henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst.
Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 3. Anton Qoei, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 10. Çuba Akpom, 13. Ahmetcan Kaplan, 20. Bertrand Traore, 21. Branko van der Bomen, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel.
Baş məşqçi: Françesko Farioli.
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->