Xəbər lenti

Avropa Məhkəməsi Azərbayacan hökumətini yenə cərimələdi
Siyasət09:10 30.06.2016

Avropa Məhkəməsi Azərbayacan hökumətini yenə cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Məhkəməsi 18 iş üzrə qərarlarını elan edib. 

Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı vəkil Əsabəli Mustafayev yayıb. 

Vəkil bildirib ki, işlərdən 13-ü onun müdafiə etdiyi şəxslərlə bağlıdır:"Kompensasiya hamıya eynidir və ümumi məbləğ 165000 avro təşkil edir".

Şikayətləri təmin olunan şəxslər aşağıdakılardı.

1.Məmməd İbrahim

2. Qurbanlı Əbülfəz

3. Hacıbəyli Rüfət

4.Budaqov Elşad

5.Carçıyev Orxan

6.Xalıqov Vaqif

7.Fərhadi Hafiz

8.Cərullayev Elçin

9.Kərimov İnqilab

10.Abbasov Şakir

11.Eyvazov Zülfiqar

12.Mirələmli Təzəxan

13.Həsənov Bəhruz

Eyni zamanda Avropa Məhkəməsi 4 seçki işi ilə bağlı qərarlarını elan edib.Şikayətçilər:

1. Məmmədli Nürəddin

2.Cərullayeva Dünyaxanım

3.İltizam Əkbərli

4. Pələngov Nabatəli (Qulamoğlu)

Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro. cəmi 44 000 kompensasiya təyin olunub. Birinci 3 işdə nümayəndə İntiqam Əliyevdir

Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərar da elan edib və kompensasiyanın məbləği 20 900 avrodur.

Qaynarinfo.az