Böhran psixoloqu Varvara Likunova bəzi sürücülərin avtomobilləri üçün ənənəvi rəngləri, digərlərinin isə parlaq və qeyri-adi çalarları niyə seçdiyini izah edib. Ekspertin sözlərinə görə, avtomobil rənginin seçimi təkcə praktiklik və ya modelin avtosalonda mövcudluğu ilə deyil, sahibinin daxili hissləri və dəyərləri ilə də birbaşa bağlıdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə lenta.ru-ya açıqlamasında danışıbş
Psixoloq bildirib ki, insan sadəcə əşya almır, onunla birlikdə yaşamaq istədiyi hissi də seçir. İstehsalçı rəng seçiminə imkan verirsə, alıcı mövcudluq və ya gələcəkdə avtomobili satmaq ehtiyacı kimi amilləri nəzərə alsa belə, rəng seçimi nadir hallarda təsadüfi olur.
Likunova məşhur avtomobil rənglərinin psixoloji xüsusiyyətlərini də açıqlayıb:
Ağ rəng yüngüllük, nizam və daxili sakitliklə əlaqələndirilir. Bu rəngi zərifliyə və təmkinə üstünlük verən insanlar seçir.
Qara klassik rəngdir və etibarlılıq, güc və nəzarət rəmzi hesab olunur. Bu rəng avtomobil sahibinə özünəinam hissi verə bilər.
Boz və gümüşü rənglərə rasional və praktik insanlar üstünlük verir. Onlar başqalarında təəssürat yaratmağa çalışmır və rahatlığa dəyər verirlər.
Mavi etimad və fərdiliklə təmkin arasında balans rəngi kimi qəbul edilir.
Qırmızı, sarı, narıncı və tünd yaşıl kimi parlaq çalarlar daha çox idman və premium avtomobillərdə görünür. Bu rənglər enerji, nikbinlik və emosional xarakterlə əlaqələndirilir.
Lakin psixoloq stereotiplərə zidd olaraq bildirib ki, belə avtomobilləri çox vaxt artıq özünü ətrafdakılara sübut etməyə ehtiyacı olmayan insanlar seçirlər.
Bununla yanaşı, Likunova avtomobilin rənginə əsasən insan haqqında diaqnoz qoymağa cəhd göstərməməyə çağırıb. Qara avtomobil onun sahibinin hökmran xarakterə malik olduğunu, qırmızı avtomobil isə risk etməyi sevdiyini göstərmir.
"İnsanlar istənilən stereotipdən daha mürəkkəbdir. Rəng seçimi isə ilk növbədə gündəlik hisslərin seçimidir", deyə psixoloq vurğulayıb.
Aydın
Şərhlər