Xəbər lenti

İdman 12:44 03.04.2024

"Ayaks"ın baş direktoru vəzifəsindən qovuldu

Niderland klubu "Ayaks"ın baş direktoru Aleks Kroes vəzifəsindən uzaqlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, onun qovulmasına səbəb kimi məlumat ticarəti ilə bağlı iddialar göstərilib. Klubdan verilən açıqlamada Kroesin keçən avqust ayında bu vəzifəyə təyin olunduğu açıqlanmadan bir həftə əvvəl 17 mindən çox səhm alması iddia olunub. Açıqlamada, 50 yaşlı keçmiş futbolçunun informasiya alveri etdiyini göstərən hüquqi məsləhətlər aldığı və bu səbəbdən qovulduğu bildirilib. 

İddiaları təkzib edən Kroes, 2022-ci ilin aprelindən 2023-cü ilin iyuluna qədər mərhələli şəkildə klubun səhmlərini aldığını və "Ayaks"a təyinatı təsdiqləndikdən sonra anlaşılmazlıq yaranmaması üçün səhm almağı dayandırdığını söyləyib.

İdarə Heyətinin sədri Maykl van Praaq bu vəziyyətin klub üçün son dərəcə zərərli və Kroesin mövqeyinin dözülməz olduğunu bildirib. İddiaların təfərrüatları növbədənkənar ümumi yığıncaqda klubun səhmdarlarına veriləcək. Kroesin vəzifəsini davam etdirib-etməyəcəyinə müşahidə şurasının qərarından sonra aydınlıq gələcək.

Kroes ötən mövsümün sonunda  Edvin van der sarı əvəzləyib. O, avqustda təyin olunsa da, ötən ay işinə başlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->