Xəbər lenti

İdman 16:59 04.10.2023

"Ayaks" Van Qalla rəsmən anlaşdı

Niderland Erediviziyası komandalarından olan "Ayaks" keçmiş baş məşqçisi Lui van Qalla yenidən müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis klubda məsləhətçi kimi işə başlayıb. Erediviziyada mövsümə yaxşı başlamayan və nəticələrdən sonra Futbol Direktoru Sven Mislintatla yollarını ayıran "Ayaks" məsləhətçi rolu üçün Lui van Qalla razılaşıb. Niderland klubu mütəxəssislə razılığa gəldiklərini açıqlayıb.

Lui van Qal 1991-97-ci illərdə baş məşqçi kimi çalışdığı "Ayaks"da üç liqa çempionluğu və Çempionlar Liqasının qalibi olub. Ötən mövsümü üçüncü pillədə başa vuran "Ayaks" 13 mövsümdən sonra Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu mövsüm liqada "Herakles" üzərində qələbə ilə başlayan Amsterdam klubu keçirdiyi digər matçlarda qalib gələ bilməyib və hazırda beş xalla 15-ci pillədə qərarlaşıb.

Klubun saytına açıqlama verən Lui van Qal yeni vəzifəsi ilə bağlı, "Ayaks"a kömək etmək və futbol bilgimlə dəstək olmaq istəyirəm. Yenidən yüksəliş yolu tapmalıyıq" - sözlərini deyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->