Xəbər lenti

İdman 11:32 03.02.2023

"Ayaks" yeni baş məşqçisinin adını açıqladı

"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşib. 

Qaynarinfo-nun məlumatına görə, klub Con Heytinqanın baş məşqçi təyin olunduğunu açıqlayıb. Verilən məlumatda onun müqaviləsinin mövsümün sonuna qədər olduğu bildirilib.

Heytinqa ötən həftə pis nəticələrə görə vəzifəsindən uzaqlaşdırılan hollandiyalı baş məşqçi Alfred Şroderin yerinə dəvət olunub.

"Atletiko", "Everton”, "Fulhem” və "Herta", eləcə də futbolçu kimi yetişdiyi "Ayaks”da çıxış edən 39 yaşlı Heytinqa 2016-cı ildə karyerasını bitirib.

Niderland millisində meydana çıxdığı 87 matçda 7 qol vuran Heytinqa peşəkar futbolçu karyerasını bitirdikdən sonra "Ayaks"ın akademiyasında müxtəlif yaş qruplarından olan komandaları çalışdırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->