Xəbər lenti

İdman 17:06 14.06.2023

"Ayaks" yeni baş məşqçisinin adını açıqladı

"Ayaks"ın yeni  baş məşqçisi müəyyənləşib. 

Qaynarinfo-nun məlumatına görə sözügedən posta Mauris Steyn gətirilib. Klubdan verilən açıqlamada 49 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalandığı bildirilib. Karyerasına "ADO Den Haq"da başlayan Steyn "Venlo", "Əl-Vahda", "NAC Breda" və ötən mövsüm "Sparta"nı (Rotterdam) çalışdırıb.

"Ayaks"ın Futbol Direktoru Sven Mislintat, Steynin çalışdığı komandalarda gözləniləndən daha yüksək nəticələr əldə etdiyini bildirib. 

Niderland təmsilçisi pis nəticələrdən sonra ötən mövsümün yanvarında baş məşqçi Alfred Şroyderlə yollarını ayırmışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->