Xəbər lenti

İdman 11:35 31.10.2023

"Ayaks" yeni baş məşqçisinin adını açıqladı

Niderlandın köklü klublarından olan "Ayaks"ın yeni baş məşqçisinin adı açıqlanıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Erediviziyada 10 matçdan sonra cəmi beş xal toplaya bilən və sonuncu pillədə qərarlaşan "Ayaks" sabiq baş məşqçisi Maurise Steynlə yollarını ayırdıqdan sonra komanda təcrübəli məşqçi Con van Şipə tapşırılıb. Mütəxəssislə 2025-ci ilə qədər müqavilə imzalanıb.

"Ayaks"ın keçmiş futbolçusu olan 59 yaşlı məşqçi, futbolçu karyerasından sonra müvafiq olaraq "Twente", "Melbourne Heart", "Chivas", "Melbourne City", "PEC Zwolle" və Yunanıstan millisində çalışıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->