Xəbər lenti

Azərbaycan çempionatında baş məşqçi ilə futbolçusu arasında gərginlik (VİDEO)
Video 16:50 18.02.2026

Azərbaycan çempionatında baş məşqçi ilə futbolçusu arasında gərginlik (VİDEO)

Azərbaycan I Liqasının XV turunda keçirilən MOİK - "Səbail” matçında qalmaqal yaşanıb.

İnsident görüşün 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Yusif Nəbiyev ilə baş məşqçi Adil Şükürov arasında baş verib.

Belə ki, Adil Şükürov komandanın kapitanı Yusif Nəbiyevi əvəzləmək istəyib. Lakin futbolçu meydandan çıxmayacağını bildirərək oyuna davam edib.

Qeyd edək ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.//Teleqraf


--> -->