Xəbər lenti

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilir
İdman 10:24 19.12.2022

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilir

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilir.

Qaynarinfo-nun məlumatına görə mərhələnin ilk oyun günündə iki qarşılşama baş tutacaq.

Əvvəlcə "Qəbələ” doğma meydanda "Qarabağ"la qarşılşacaq. İnqilab Məmmədovun idarə edəcəyi matçın start fiti 16.00-da Qəbələ şəhər stadionunda səsləndiriləcək.  Bu komandalar arasında baş tutan ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. 

Günün digər matçında "Sabah" evdə "Səbail"i qəbul edəcək. Elçin Məsiyevin idarə dəcəyi oyun saat 19.00-da başlayacaq. Komandalar arasında baş tutan ilk görüş "Səbail"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

19 dekabr (bazar ertəsi)

16:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı, Müslüm Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu

19:00. "Sabah” – "Səbail”

Hakimlər: Elçin Məsiyev, Zeynal Zeynalov, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov, Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bank Respublika Arena”

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə sabah yekun vurulacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->