Cari ilin yanvar-iyul aylarında Azərbaycan Səudiyyə Ərəbistanına ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar ixrac edib.
Qaynarinfo Valyuta.az-a istinadla xəbər verir ki, bu müddət ərzində Azərbaycanın ixrac etdiyi məhsulların həcmi 0,03 ton olub.
Adı çəkilən məhsulların ixracından əldə olunan gəlir isə 0,12 min ABŞ dolları təşkil edib.
Beləliklə, bu ölkəyə ixrac olunan 1 kiloqram adı çəkilən məhsulun ixracı 4 dollar və ya 6,8 manata başa gəlib.
Şərhlər