"Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında görüş iki ölkənin əməkdaşlığının inkişafına təkan verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan deyib. Politoloq hesab edir ki, xüsusən İran tərəfindən yaradılmış süni gərginlikdən sonra belə bir görüşün keçirilməsi Azərbaycanın mövqeyinin doğru və daha düz olduğunu təsdiqləyir:
"Bu görüş daha çox tanışlıq xarakteri daşıyacaq və tərəflərin bir-birinə əməkdaşlıqla bağlı bəyanatı ilə davam edə bilər. Azərbaycan Prezidenti ilə İran hökumət başçısı qarşılıqlı əməkdaşlığa dair bəyanat verə bilərlər. Tərəflər bu istiqamətdə fəaliyyətlərini genişləndirdiklərini açıqlaya bilərlər”.
Sədrəddin Soltanın fikirincə, bu, prezidentlər arasında ikitərəfli görüş üçün zəmin hazırlaya bilər:
"Yəni Azərbaycan Prezidenti ilə İran Prezidenti ya İranda, ya da Azərbaycanda görüş üçün razılığa gələ bilərlər. Amma bu görüşdə hər hansı ikitərəfli sənədin imzalanması ehtimalı çox azdır”.
Qeyd edək ki, Azərbaycan və İran prezidentləri İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirilə bilər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin bildirdiyinə görə, görüşün Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılır.
Bahar Rüstəmli