Xəbər lenti

Azərbaycanla bu ölkə arasında viza ləğv edilə bilər
Siyasət 09:45 23.09.2025

Azərbaycanla bu ölkə arasında viza ləğv edilə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti (rəsmi) pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş"i imzalayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->