Xəbər lenti

Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi - FOTOLAR
Siyasət16:50 04.11.2014

Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Londonda keçirilən “Dünya Səyahət Bazarı - 2014” (World Travel Market-2014) ənənəvi turizm sərgisində ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatının qarşısının alınması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə burada təhsil alan azərbaycanlı tələbələr Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan bayraqlarını və Ermənistanın ölkəmizə təcavüzünü əks etdirən xəritələri əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər.

Sərgidə ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.

Qaynar.info