Xəbər lenti

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama
Ölkə 13:14 21.11.2022

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Baş Prokurorluqdan açıqlama

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) aşkarlanan maliyyə və digər qanun pozuntular ilə bağlı cinayət işinin başlandığı barədə məlumat yaılıb. 

Qaynarinfo xəbər verir ki, yayılan məlumatlarda AZƏRTAC-da aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları və korrupsiya halalrının aşkarlandığı iddia olunur. Hətta iddialara görə, yoxlamalar zaman məlum olub ki, əməkdaşlardan materialların hazırlanmasına və yayılmasına görə qanunsuz olaraq ödəniş tələb olunur. 

Bildirilir ki, noyabrın 19-da vəzifəsindən azad edilən AZƏRTAC-ın İdarə Heyətinin keçmiş sədri Aslan Aslanov başlanmış cinayət işi üzrə dindirilib.

Qaynarinfo yayılan məlumatlarla bağlı Baş Prokurorluqla əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən soruğumuza cavab olaraq verilən açıqlamada fakt təsdiq edilməyib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->