Bakıda Salamzadə küçəsində yerləşən "Best" otelində tələbənin kredit pullarını oğurlayan qadına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2007-ci il təvəllüdlü Asiya adlı qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Bakıda universitetlərin birində təhsil alan Emil Asiya adlı qadınla tanış olub. Onlar restoranların birində yeyib-içdikdən sonra sözügedən oteldə gecələyiblər.
Asiya zərərçəkmiş şəxsin sərxoş halda yatdığına əmin olduqdan sonra onun cibindən 5800 manat pulu götürərək otel otağındakı divanın dirsəkaltı ilə oturacaq arasındakı yerdə gizlədib.
Məlum olub ki, Emil bankların birindən 6 min manat kredit götürüb. Həmin kreditdən 200 manatı xərclədiyi üçün cibində 5800 manat pul olub. Asiya isə pulları da oteldən bir gün sonra götürüb.
Məhkəmədə zərərçəkmiş şəxs təqsirləndirilən qadından şikayətçi olmayıb.
Məhkəmənin qərarı ilə Asiya bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər