Xəbər lenti

Bayden Ukrayna və İsrail üçün 100 milyard istəyir - "Bloomberg"
Dünya05:32 18.10.2023

Bayden Ukrayna və İsrail üçün 100 milyard istəyir - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Konqresə Ukrayna və İsrailə müdafiə yardımına dair müraciət edəcək. Yardımın həcmi təxminən 100 milyard dollar olacaq.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Nəşrin mənbələri iddia edir ki, əhatəli paket HƏMAS-ın hücumundan sonra İsrailə geniş ikitərəfli dəstəyi cəlb etmək və Ukraynaya yardımın ötürülməsini asanlaşdırmaq məqsədi daşıyır.
Administrasiyanın sorğunu əlaqələndirmək səyləri ilə tanış olan bir şəxs paketin təfərrüatlarının hələ də işləndiyini söyləyib və məbləğin bütün maliyyə ilini əhatə edəcəyini vurğulayıb. Ağ Evin Ukraynaya 24 milyard dollarlıq yardımın daxil olduğu əvvəlki müraciəti yalnız üç aylıq dövrü əhatə edirdi.
Çərşənbə axşamı Senatda çoxluğun lideri Çak Şumer administrasiyanın sorğunu "bu həftənin sonuna qədər" göndərəcəyini və bu sorğunun İsrailə hərbi, diplomatik, kəşfiyyat və humanitar yardımı əhatə edəcəyini gözlədiyini söyləyib.
"Biz mümkün qədər tez əlavə paket almaq istərdik, çünki həm İsraildə, həm də Ukraynada ehtiyaclar böyükdür", - Şumer bildirib. 
Nizami Bağırov