Xəbər lenti

Baydenin 100 günü: Doğruları, yanlışları və ABŞ-ı nə gözləyir? (ŞƏRH)
Siyasət12:31 28.04.2021

Baydenin 100 günü: Doğruları, yanlışları və ABŞ-ı nə gözləyir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bayden 100 günlük prezidentliyi dövründə əsasən Demokrat Partiyasının yürütdüyü ənənəvi siyasəti yavaş-yavaş bərpa edib:
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Co Baydenin 100 günlük prezidentlik fəaliyyətini şərh edərkən deyib. 
 "Co Bayden hazırda Vitse-prezident olduğu dövrdə prezident Obamanın yürütdüyü siyasəti davam etdirir və onun komandasını ətrafına yığır, - Zərdüşt Əlizadə bildirib. - Bu 100 gündə o, müxtəlif çətinliklərlə üzləşib. Amerikanın ənənəvi müttəfiqləri, Avropa, Yaponiya, Cənubi Koreya ilə münasibətləri sahmanlamağa çalışır. Bu, Demokrat Partiyasının ənənəvi siyasətidir. O cümlədən çalışır ki, Amerika iqtisadiyyatının sabitliyini gücləndirsin. Hələlik ciddi bir səhv buraxmayıb. Əlbəttə ki, ermənilərlə bağlı genosid sözünü işlətməsi mənfi qiymətləndirilir. Miqrant, iqtisadiyyat, müttəfiqlərlə əlaqələrin bərpası onun siyasətində əsas məsələlərdəndir. O cümlədən 100 gün ərzində qəbul etdiyi qərarlardan biri də guya Rusiya ilə əlaqələri sahmana salmaqdır. Amma bir tərəfdən cəza tədbirləri tətbiq edir, bir tərəfdən Putini qatil adlandırır, o biri tərəfdən də deyir ki mən səninlə görüşüb Amerika-Rusiya münasibətlərini sahmana salmaq istəyirəm. Bayden əsasən öz partiyasının siyasətinə sadiqdir”.
 
Politoloq Natiq Miri isə Co Beydenin 100 günlük prezidentlik dövrünü çox yanlış və ABŞ-ın maraqlarına xidmət etməyən bir zaman çərçivəsi kimi dəyərləndirdiyini qeyd edib:
 
"Açığı, Baydenin 100 günlük fəaliyyəti ilə bağlı yalnız ölkədaxili siyasətindən qismən danışmaq olar. Bu da koronavirusla bağlı əhaliyə kompensasiya kimi ödəniləcək bir trlyondan artıq dolların verilməsi ilə bağlı qərarıdır. Bundan başqa Baydenin elə bir parlaq qərarı, yaxud da siyasəti mövcud deyil. Çünki aprelin 24-də ABŞ prezidenti Beyden qondarma soyqırımı tanımaqla bağlı bir açıqlama verdi. Bu da NATO-nun ikinci ən böyük ölkəsi və ABŞ-ın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərə sağalmayacaq yara vurdu. Artıq buna adekvat cavabların verilməsi ilə bağlı Türkiyə rəhbərliyində ciddi şəkildə düşünürlər. Hüquqi cəhətdən heç bir əsası olmayan və əsas hədəfi Türkiyəni cəzalandırmaq və yenidən ABŞ-ın orbitinə qaytarmaq məqsədi daşıyan belə bir avantürist açıqlama, əlbəttə ki, ABŞ-ın geosiyasi maraqlarına xidmət etməyən məsələdir. Belə olan təqdirdə qoca Bayden ABŞ-ın maraqlarını gözardı edərək bir qrup erməni lobbisinin istəklərini yerinə yetirdi ki, bu da dövlət baxımından ABŞ-ın heç də maraqlarına uyğun davranış deyil. Bu məsələ təkcə Türkiyə ilə məhdudlaşacaq da deyil. Bildiyimiz kimi, Türkiyəyə qarşı bu cür ağlasığmaz hərəkətlər, açığı, Türkiyəni digər güc mərkəzlərinə doğru itələyə bilər ki, bu da əslində ABŞ-ın ipini çəkdiyi NATO-nun mövqeyinin zəifləməsi və NATO-nun rəqibi olan dövlətlərin mövqeyini gücləndirə bilər. Çünki ABŞ-a qarşı Çin kimi çox ciddi rəqiblər mövcuddur. Rusiya kimi ABŞ-a hər an zərbə vurmağa hazır olan bir nivə ölkəsi mövcuddur. Ona görə ki, blə bir vəziyyətdə Türkiyəyə qarşı Co Baydenin bu açıqlaması dövlətin nəinki xeyrinə olmadı və düşünürəm ki, bu gün və gələcək prespektivdə də ABŞ-a ciddi zərərlər verəcək. 
Sözün əsil mənasında parlaq bir 100 günlük deyil. Əksinə, bu, ABŞ-ı çox sürətlə bir bataqlığa sürükləyəcək 100 gün kimi dəyərləndirilə bilər. Ona görə də bu cür davam edərsə, 80 yaşlı Co Bayden bu prezidentliyi sona qədər davam etdirməyə bilər. Çünki vitse-prezident Harris kimi bir erməni qadın mövcuddur. Və Harris ona görə seçilib ki, gələcək prespektivdə əgər bu siyasəti Co Bayden davam etdirə bilməsə, konstitutsiyaya görə, Harris Co Baydeni əvəz edə bilər. ABŞ siyasətində bu cür yanlış seçimlər mümkündür. Co Bayden də bu yanlış seçimlərdən növbəti birisidir. Ona görə də 100 günlük prezidentlik dövrünü çox yalnış və ABŞ-ın maraqlarına xidmət etməyən bir zaman çərçivəsi kimi dəyərləndirirəm”.
Bahar Rüstəmli