Xəbər lenti

Bəhlul Mustafazadədən
İdman 17:07 19.02.2026

Bəhlul Mustafazadədən "Qarabağ"a pis xəbər: 3 ay...

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ” – "Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. 

Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

--> -->