Xəbər lenti

İdman 12:57 09.10.2023

Bekhem "Mançester Yunayted"in kimə satılmasını istəyir?

"Mançester Yunayted"in əfsanəsi Devid Bekhem klubu almaq üçün doğru adamı tanıdığını deyib.

Qaynarinfo-nun məlumatına görə, Qleyzer ailəsi, Cim Ratklif və Şeyx Casimin təklifi ilə "Mançester Yunayted"i satışa çıxarıb.

Qətər Şeyxi Casim bin Həməd əl-Tani "Mançester Yunayted"in bütün hüquqlarını almaq üçün 5 milyard funt-sterlinq məbləğində rəsmi təklif edib. Ancaq bu təklif Qleyzer ailəsi tərəfindən rədd edilmişdi. Bekhem "Sky Sports"a açıqlamasında Bekhem, "Məncə, Ten Haq yaxşı menecerdir. Hazırda çətin dövrdür, klubda çoxlu səslər ucaldılır. Biz hamımız istəyirik ki, bu səslər bitsin və bir qərar verilsin. Biz dünyanın ən böyük klublarından biriyik və sabitlik istəyirik" - deyib. Bekhemdən bu şəxsin Şeyx Casim olub-olmadığını soruşduqda o, "Görəcəyik" - cavabını verib. 

Məlumata görə, Qleyzer Ailəsi Qətər Şeyxi Casim bin Həməd əl-Tanidən gələn beş milyard funt-sterlinqlik təklifi dəyərləndirir və bu, "Mançester Yunayted"in satın alınması üçün ən yüksək məbləğ kimi diqqət çəkir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->