Xəbər lenti

Dünya 13:09 21.06.2023

“Bellingcat” “Şimal axını”na hücumda şübhəli bilinən ukraynalı əsgərin adını açıqladı

Almaniyanın hüquq-mühafizə orqanları "Şimal axını" boru kəmərinə hücumda ukraynalı əsgər Valeri Kolesnikin iştirakının olub-olmadığını yoxlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bellingcat"ın jurnalisti Arik Tolerə məlum olub

O, mediada dərc olunan fotoşəkillərdən şübhəlinin adını müəyyən edə bilib. 

Media tərəfindən yayımlanan fotoda Spiegel həmin adamı Valeri K adlandırıb, o, hərbi dəbilqə taxıb və üzü gizlədilib. Toler sosial şəbəkədə paylaşılan fotonun originalını tapıb.
 

 
Ehtimal olunur ki, Valeri Kolesnik Dnepr şəhərindəndir, ən azı ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrində xidmət edir, - Toler yazır. Həmin şəxsin VK səhifəsinin qeydiyyatdan keçdiyi telefon nömrəsi digər şəxslər tərəfindən o cümlədən " Kolesniki 93-cü briqada” kimi qeyd edilib.

Toler qeyd edir ki, "93-cü briqada” dedikdə, yəqin ki, Dnepropetrovsk vilayətində yerləşən 93-cü əlahiddə mexanikləşdirilmiş "Xolodnıy Yar” briqadası nəzərdə tutulur. Bu briqada müharibədə fəal iştirak edir.

Jurnalist qeyd edib ki, alman müstəntiqləri və mediasının diqqətdən qaça biləcəyi bir amil var: Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrində xidmət edən ən azı daha iki Valeri Kolesnik var.

"Spiegel" çərşənbə axşamı yazıb ki, Kolesnikin şəkli Andromeda yaxtasını icarəyə götürmək üçün istifadə edilən saxta sənəddə ola bilər, onun ekipajı "Şimal axını” təxribatında şübhəli bilinir. Mayın 25-də alman müstəntiqləri təxribatda iştirak edə biləcək ukraynalı ilə ortaq uşağı olan Frankfurt-Oder sakininin mənzilində axtarış aparıblar. Müstəntiqlər yaxtada tapılanlarla müqayisə etmək üçün uşaqdan DNT nümunələri götürüblər. Test nəticələri hələ açıqlanmayıb.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Kiyevin qaz kəmərlərində təxribatla heç bir əlaqəsi yoxdur. Rusiya Xarici kəşfiyyat xidməti qaz kəmərlərinin partladılmasında "Qərb izinə” işarə edən materialların olması barədə məlumat yayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->