
Bəşər Əsəd tutduğu vəzifədən getməyə razılaşıb.
Bu barədə İraqın baş naziri Nuri əl-Malikiyə yaxın olan iraqlı məmur Livanda çıxan «əl-Müstaqbal» qəzetinə bildirib.
Anspress-in «mignews»-a istinadən verdiyi məlumata görə, Suriyadakı hakim rejimin rəhbəri Bəşər Əsəd öz şərtləri daxilində tutduğu vəzifədən getməyə razı olduğunu bildirib. Əsədin şərtinə əsasən, beynəlxalq hüququn cəzalarından sığortalanmaq üçün seçkilər indi keçirilməlidir.