"Beşiktaş”ın sabiq futbolçusu Kevin Nkodu da Səudiyyə Ərəbistanı Pro Liqasına keçib.
	
Qaynarinfo-nun məlumatına görə, futbolçu "Damac”la ikiillik müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib. 
	
 
2019-cu ildə Premyer Liqa komandası "Tottenhem”dən "Beşiktaş”a transfer olunan Nkodu ağ-qara formada meydana çıxdığı 108 matçda 21 qola, doqquz məhsuldar ötürməyə imza atıb.
	
28 yaşlı futbolçu daha əvvəl "Marsel", "Nant", "Börnli" və "Monako"da çıxış edib.
	
Səbuhi Həsənov
	
             
            
Şərhlər