Xəbər lenti

Bəxtsiz tennisçi beşinci dəfə böyük turnirdə olmayacaq
İdman 15:40 09.12.2023

Bəxtsiz tennisçi beşinci dəfə böyük turnirdə olmayacaq

Avstraliyalı tennisçi Nik Kirgios zədəsi səbəbindən 2024-cü ildə keçiriləcək Avstraliya Açıq Böyük Dəbilqə turnirində iştirak edə bilməyəcəyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, 28 yaşlı idmançı sosial şəbəkədə verdiyi açıqlamada yanvarın 14-də başlayacaq və öz ölkəsində keçiriləcək bu mühüm turnirdə iştirak edə bilməyəcəyini, durumuna görə çox məyus olduğunu bildirib.

2022-ci ildə kişilər arasında Uimbldon yarışının finalında çıxış edən Kirgios, davam edən zədə problemlərinə görə ardıcıl beşinci dəfə böyük dəbilqə turnirini buraxmalı olacaq.

Kirgios Avstraliya Açıq Çempionatında sol dizindən, Fransa Açıq Çempionatında ayağından, Uimbledon və ABŞ Açıq çempionatında isə topuq nahiyəsindən aldığı zədələrə görə iştirak edə bilməyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->