"Burada söhbət Kiyevə siyasi dəstəkdən gedəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Kiyevdə keçirilən iclasını şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Avropa İttifaqı bununla rəsmi Kiyevə siyasi dəstəyini nümayiş etdirmək niyyətindədir. "Digər tərəfdən, burada güman ki, praktiki məsələlər də müzakirə olunacaq. Xüsusilə də Aİ tərəfindən Kiyevə olan yardımla bağlı məsələlər indi aktualdır”, deyə İlqar Vəlizadə qeyd edib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Aİ daxilində müzakirələr gərgin keçir:
"Bəzi ölkələr Kiyevlə bağlı məsələlərə tənqidi yanaşırlar. Həmin məsələnin müzakirə ediləcəyi də istisna deyil. Görüş İspaniyanın Qranada şəhərində olacaq sammit ərəfəsi baş tutub. Sammitin gündəliyini müəyyən etmək baxımından da Aİ ölkələri XİN rəhbərlərinin görüşü vacib sayılır”.
Qeyd edək ki, bu gün Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. Bu tədbir Aİ ölkələrinin quruma daxil olmayan dövlətin ərazisində keçirdikləri ilk görüç olacaq.
Rüfət Sultan
Şərhlər