Məhsul üçün götürdükləri birinci krediti ödəyə bilməyən kənd sakinləri ikinci kredit zamanı bir-birinə zamin durdu. Nəticədə bütöv kənd müsadirə olundu.
ATV.az Türkiyə medisına istinadən bildirir ki, hadisə Türkiyənin Uşak şəhərinin Düzqışla kəndində qeyd alınıb. Kənd sakinləri ayrı-ayrı banklardan götürdükləri kreditləri ödəyə bilmədikləri üçün bir-birlərinə zamin durub. Lakin onlar ikinci krediti də ödəyə bilməyib. Nəticə olaraq, kənddəki 36 evdən 32-nə icra məmurları gəlib. Hadisdən sonra 5 ev möhürlənib, 2 traktor satılıb, ərazilərin əksəriyyəti isə satışa qoyulub. Deyilənə görə, kəndlilərin ümumi borcu 1.5 milyon türk lirəsi olub.
Qaynarinfo.Az