Xəbər lenti

Bir qrup ukraynalı jurnalist Ağdama səfər etdi (FOTO)
Siyasət14:30 29.09.2021

Bir qrup ukraynalı jurnalist Ağdama səfər etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Ukraynanın bir qrup media nümayəndəsinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri baş tutub.
Qaynarinfo xəbər verir ki, onlar Ağdamdakı Axaxa imarəti, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi və Qiyaslı məscidini ziyarət ediblər. 
Ermənilərin 30 illik işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə ukraynalı jurnalistlərə səfər çərçivəsində  məlumat verilib və ciddi faktlar göstərilib. Əcnəbi media nümayəndələri öz gözləri ilə  burada törədilən dağıntıların şahidi olublar.
Daha sonra media üzvlərinə yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında ümumi məlumat verilib.
Qeyd edək ki, Ağdam rayonu 2021-ci il 20 noyabr tarixində Azərbaycanın rəşadətli ordusunun sayəsində erməni işğalından azad olunub.