Xəbər lenti

Blokada yarılıb, silahlılara yemək çatdırlıb, iki silahlı yaralanıb - Ermənistanda
Dünya09:21 26.07.2016

Blokada yarılıb, silahlılara yemək çatdırlıb, iki silahlı yaralanıb - Ermənistanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 26-a keçən gecə post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qrupun iki üzvü yaralanıb. 

"Qaynarinfo.Az" erməni mətbuatına istinadən xəbər verir ki, polis səddi yaxınlığında açılan atəş nəticəsində qruplaşmanın iki üzvü-Aşot Pertosyan və Ovanes Arutunyan ayaqlarından yaralanıblar. Onları xəstəxanaya aparıblar. 

Xəbər verilir ki, Artur Sarqsyan blokadada olan dostlarına ərzaq apararkən, polislər atəş açıb. Artur Sarsyan heç bir xəsarət almayıb və yükü blokadakı yoldaşlarına çatdırıb. 

Qızılgül
Qaynarinfo.Az