Xəbər lenti

Braziliyada prezidentliyə əsas namizəd bıçaqlandı
Dünya06:17 07.09.2018

Braziliyada prezidentliyə əsas namizəd bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada prezidentliyə əsas namizəd olan Jair Bolsonaro bıçaqlanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə seçki kampaniyası zamanı baş verib. Bolsonaronun oğlu Flavio bildirib ki, atası xəstəxanaya çatdırılan zaman ölüm ayağında olub, lakin onun həyatını xilas etmək mümkün olub. 
Qeyd edək ki, irqçi və homofobik adlandırılan Jair Bolsonaro Sosialist Liberal Partiyasının üzvüdür. Hazırda həbsdə olan digər namizəd Lula da Silva seçkilərdə iştirak edə bilməsə, Bolsonaronun hakimiyyətə gəlməsi gözlənilir.
Gülşən