
Fransanın qalmaqallı "Charlie Hebdo" satirik jurnalı yenə öz ampluasına sadiq qalıb. Jurnal Belçikanın paytaxtı Brüsseldə törədilmiş qanlı teraktlar seriyasını ələ salıb, müsəlmanları hədəfə alıb.
Milli.Az bildirir ki, karikaturalardan biri Brüsseldəki teraktlardan əvvəl çəkilib. Orada "Çərxi-fələk" var və çarxda Avropa ölkələrinin paytaxtlarının adları yazılıb.
Ox "Paris" kəılməsinin üzərində olsa da, çadradakı qadın çarxı fırlatmağa hazırlaşır.
Karikaturanın yazısı belədir: "Terakt təhlükəsi: bütün dünyanın şansı var".
Digər sektorlarda London, Afina, Vyana, Lissabon, Amsterdam, Madrid, Berlin və Roma şəhərlərinin adları var.
Digər karikaturada isə İŞİD terrorçuları əks olunub və yazıda deyilir: "Cihadçıların son sözləri: "Sən pəncərənin yanında, yoxsa keçid tərəfdə yer götürdün?"
Brüsseldəki üç terror aktında 32 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Qaynar.info



