Xəbər lenti

Bu gün Almaniya bayram edir
Dünya11:00 03.10.2023

Bu gün Almaniya bayram edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Almaniyada Alman birlik gününü qeyd edirlər. Bütün ölkədə milli bayram və istirahət günüdür. 
Qaynarinfo xəbər verir ki, 3 oktyabr 1990-cı ildə Almaniya Demokratik Respublikası mövcudluğunu dayandırdı və Almaniya Federativ Respublikasının tərkibinə daxil oldu. 
Bu, sentyabrın 12-də Moskvada Almaniya ilə bağlı yekun nizamlanmaya dair imzalanmış "2+4” sazişi sayəsində mümkün olub. Saziş, Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası və SSRİ, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən bağlanıb.
Qeyd edək ki, 1945-ci ildə Faşist Almaniyası SSRİ, Böyük Britaniya, ABŞ və Fransa qoşunları tərəfindən işğal edilib və bu müttəfiq dövlətlərin hərbi idarələrinin nəzarəti altında verilib. 6 iyun 1945-ci ildə Almaniya ərazisinin dörd işğal zonasına bölünüb. 
İşğal iki alman dövlətinin - qərbdə Almaniya Federativ Respublikasının (23 may 1949) və Almaniyanın şərqində ADR-in (7 oktyabr 1949) yaranması ilə başa çatıb. 
Nizami Bağırov