Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenskinin təkbətək görüşü İstanbulda, Bakı vaxtı ilə saat 18:00-ə nəzərdə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının saytında məlumat
yayılıb.
İki ölkə arasında geniş tərkibli görüş 19.00-a planlaşdırılıb. Saat 20:00-da Ukrayna və Türkiyə liderləri birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu həftə artıq Bolqarıstan və Çexiyaya səfər edib, ölkə liderləri ilə görüşüb. O, hazırda Skovakiyada rəsmi səfərdədir.
Türkiyənin "A Haber” telekanalın məlumatında görə, cümə günü, iyulun 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılan danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
Nizami Bağırov