Xəbər lenti

Bu ölkə Putinin adını "qara siyahı"ya saldı
Dünya07:29 11.04.2013

Bu ölkə Putinin adını "qara siyahı"ya saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin adı Finlandiyada gizli "qara siyahı"ya daxil edilib.

Xəbəri "Associated Press" agentliyi yayıb. Agentliyin Finlandiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin Finlandiyada hər hansı cinayətdə ittiham olunmasa da, adı bu siyahıya daxil edilib. Agentlik bildirib ki, Rusiya prezidentinin adı siyahıdan çıxarılmasa, nəzəri baxımdan Finlandiya gedə bilməz - sərhəddə həbs olunmalıdır. Xəbərin yayılmasından sonra Finlandiya polisi üzr istəyib və Putinin adının yanlışlıq nəticəsində siyahıya daxil edildiyini bildirib.

Putin isə haqqındakı bu xəbərə ironiya ilə yanaşıb. Bunu "Kommersant FM"ə Putinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov bu iddianın cavaba layiq olmadığını bildirib və Finlandiya tərəfinin də vaxtında səhvi aradan qaldırdığını söyləyib.

Qaynar.info