Xəbər lenti

Bu xəritədə Türkiyə yoxdur - FOTOLAR
Dünya11:36 09.06.2014

Bu xəritədə Türkiyə yoxdur - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkə olan Reddit-də bir istifadəçi maraqlı addım atıb. 

ANS PRESS-in məlumatına görə, 30 adamı bir araya yığan istifadəçi onların yaddaşlarından faydalanaraq bir dünya xəritəsi çəkmələrini istəyib. Ancaq ortaya çıxan yeni xəritə dünyadan tam fərqli olub. 

Məsələn, xəritədə Qrelandiya adası ümumiyyətlə yer almayıb. Bununla yanaşı Şimali Avropada yerləşən İslandiya adası da xəritədə yaxdur. Xəritə çəkənlər deyəsən bu ölkəni də yaddan çıxarıblar. 

Ən maraqlısı isə odur ki, Avropanı Asiyaya bağlayan Türkiyə xəritədə yaddan çıxıb. Belə ki, xəritə çəkilərkən 30 nəfərin heç birinin ağlına Türkiyə deyə bir ölkə gəlməyib. 

Bu insan təxəyyülünün məhsulu xəitənin fotolarını sizə təqdim edirik.

Qaynar.info