Xəbər lenti

Bundesliqa klubu baş məşqçisini göndərir
İdman06:44 10.05.2023

Bundesliqa klubu baş məşqçisini göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bundesliqa təmsilçisi "Ayntraxt” (Frankfurt) mövsümün sonunda avstriyalı baş məşqçi Oliver Qlasnerlə yollarını ayıracaq.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.
Açıqlamada Qlasnerlə müqavilənin 30 iyun 2024-cü ilə qədər davam etdiyi bildirilib. "Məşqçi Oliver Qlasnerlə gərgin müzakirələr və ətraflı təhlillərdən sonra "Ayntraxt" 2022-2023 mövsümünün sonunda bu əməkdaşlığa son qoymağa qərar verdi”, deyə qeyd edilib. Səbəb kimi komandanın mövsümün ikinci yarısındakı durumu göstərilib. 
48 yaşlı Qlasner 2021-ci ildə baş məşqçi postuna gətirilib. O, 2021-2022 mövsümündə "Ayntraxt”ı Avroliqa çempionluğuna daşıyıb, ilk dəfə Çempionlar Liqasında iştirak etmək şansı qazanıb. 2022/23 mövsümündə alman klubu Çempionlar Liqasının 1/16 final mərhələsində "Napoli"yə məğlub olaraq mübarizəni dayandırıb.
Frankfurt təmsilçisi Bundesliqada cari mövsümün ikinci yarısında 14 oyunda 12 xal toplayıb. Komanda 43 xalla 9-cu pillədə qərarlaşıb.
Səbuhi Həsənov