
İngiltərə Avropa Birliyinin ardınca Aleksey Navalnı olayıyla əlaqədar olaraq Rusiya səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi məlumat yayıb. Siyahılar Brüsseldə təsdiqlənmiş siyahı ilə eynidir.
Xatırladaq ki, bundan əvvəl AB-nin Rusiyaya qarşı sanksiyalara dair qərar çıxardığı bildirilmişdi. Məhdudlaşdırıcı tədbirlər Rusiya Federasiyasının altı vətəndaşını əhatə edib. Onların AB-yə girişi qadağan edilib. Bunlar FSB-nin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin birinci müavini İqor Kiriyenko və prezident administrasiyasının daxili siyasət məsələləri üzrə rəhbəri Andrey Yarin idi.
Bundan başqa Rusiya Prezidentinin Sibir Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Menyailo və Rusiya Federasiyası müdafiə nazirinin iki müavini AB sanksiyalarına məruz qalıb.
Dövlət Üzvi Kimya və Texnologiya Tədqiqat İnstitutuna (QosNIIOKhT) qarşı da sanksiyalar tətbiq edilib. Bu institutla hər hansı bir əlaqə saxlamaq sahibkarlara qadağandır.
Alpər