Xəbər lenti

Cəbhədə olmuş ispan müxbir: “Azərbaycanlılar mülki obyektləri vurmurdular”
Siyasət11:20 30.01.2021

Cəbhədə olmuş ispan müxbir: “Azərbaycanlılar mülki obyektləri vurmurdular”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İkinci Qarabağ müharibəsi başlayandan sonra ispaniyalı jurnalist Pablo Qonzales cəbhənin erməni tərəfindən reportaj aparmaq üçün Qarabağa səfər edib.
İspaniyalı müxbir müharibədən sonra təəssüratlarını "Lenta.ru”ya müsahibəsində danışıb.
"Qarabağa hazırlıqsız gəlmişdim: özümlə zirehli gödəkçə, kaska və lazımi geyim dəsti götürməmişdim. Məni həmin gödəkçə ilə təmin edəcəklərini söz versələr də, bu, baş vermədi. Bu səbəbdən bəzi atışmaları mən ümumiyyətlə qoruyucusuz işləyirdim. "Arsax Müdafiə Nazirliyi”ndən lazımi geyim dəstini almaq üçün məsələyə erməni diasporunu qoşmağa məcbur oldum”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun şəhəri atəşə tutarkən əsas hədəfi hərbi obyektlər olub:
"Sakinlər, demək olar ki, həmişə zirzəmidə otururdular. Ümumiyyətlə, şəhəri elə də atəşə tutmurdular. Azərbaycanlılar konkret hədəfləri vurmağa çalışırdılar. Məsələn, hava hücumundan müdafiə sistemlərini. Şəhəri vurarkən isə mülki obyektlər məqsədyönlü şəkildə vurmurdular. Bura mehmanxanalar və insanların sıx toplaşdığı yerlər daxildir. Hətta "prezident sarayı”nı belə vurmurdular. Halbuki onu nişana almaq asan idi – bina hər tərəfdən görünürü... Bəli, Ağdərədə fəsadlar dəhşətli idi, Azərbaycanın Su-25 qırıcıları bomba atırdı, ancaq erməni artilleriyasının şəhərin özündən atdığı heç kimə sirr deyil və buna görə də azərbaycanlılar məhz ona atəş açırdı”.//report.az