Gülağa Aslanlı: “Bu, çap firmasının texniki nasazlığa düçar olması ilə bağlıdır”Artıq, 3 gündür, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanılıb. Küçələrdə namizədlər üçün ayrılan löhvələrdə ilk olaraq İlham Əliyevin, Fərəc Quliyevin, Qüdrət Həsənquliyevin şəkilləri yerləşdirilib. Amma Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin şəkilləri isə hələki gözə dəymir.
Məsələ ilə bağlı Milli Şuranın üzvü Gülağa Aslanlı ilə əlaqə saxladıq.
G.Aslanlı Qaynar.info-ya açıqlamasında deyib ki, bu, çap firmasının texniki nasazlığa düçar olması ilə bağlıdır: “Bu işlər, demək olar, yekunlaşmaq üzrədir. Yəqin ki, sabahdan Milli Şuranın vahid namizədinin təbliğat plakatları küçələrdə yerləşdiriləcək”.
İlkin
Qaynar.info