Cənubi Koreya Prezidenti Li Cje Men yeganə mənzilini satıb və hazırda şəxsi evinin olmadığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət başçısı daşınmaz əmlak bazarının sabitləşdirilməsi üçün həyata keçirdiyi tədbirlərə vətəndaşların etimadını artırmaq məqsədilə fevral ayında Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini satışa çıxarıb.
Hazırda Cənubi Koreya hakimiyyəti öz evində yaşamayan daşınmaz əmlak sahiblərini mənzilləri investisiya və spekulyasiya məqsədilə saxlamaq əvəzinə daha tez satmağa təşviq edir. Bununla hökumət mənzil fondunu genişləndirməyə və boş qalan mənzillərin bazara mənfi təsir göstərən aktiv kimi qiymət formalaşmasına təsirini azaltmağa çalışır.
"Mənim indi evim yoxdur", deyə Li Cje Men mənzil siyasəti ilə bağlı Nazirlər Kabinetinin iclası zamanı bildirib.
Prezident 1998-ci ildən həyat yoldaşı Kim He Gen ilə birlikdə sahib olduqları 164 kvadratmetrlik mənzili satıb. Mənzil fevral ayında 2,9 milyard von (təxminən 1,9 milyon ABŞ dolları) qiymətinə satışa çıxarılıb və məhz bu məbləğə alıcı tapıb. İlkin alqı-satqı müqaviləsi artıq imzalanıb, əsas müqavilənin isə yaxın günlərdə rəsmiləşdiriləcəyi gözlənilir. Hazırda dövlət başçısı və həyat yoldaşı Seulun Hannamdon rayonundakı rəsmi prezident iqamətgahında yaşayırlar.
Aydın
Şərhlər