Dünya 17:42 16.09.2022

Çexiya XİN Rusiya ilə əməkdaşlıq edən casus əməkdaşını ifşa etdi

Çexiya Xarici İşlər Nazirliyinin əməkdaşı Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıq edərək onlara məxfi məlumatları sızdırıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna "Denik N”ə istinadən məlumat yayıb.

Xarici işlər naziri Yan Lipavski bu məlumatı təsdiqləyib və əlavə edib ki, Rusiyanın məxfi məlumatlarını yayan işçi artıq işdən çıxarılıb.

Bir neçə il əvvəl Praqa kəşfiyyatı öyrənmişdi ki, Rusiyanın Çexiya Xarici İşlər Nazirliyində məxfi məlumat mənbəyi var. Bundan sonra əks-kəşfiyyat məlumatları, o cümlədən məxfi məlumatları kimin sızdırdığını müəyyən edə bilib.

Əks-kəşfiyyat xidməti XİN rəsmisini üç il gizli şəkildə izləyib. 2022-ci ilin birinci yarısında bu barədə ölkə rəhbərliyinə məlumat verilib.

Rusiyalı casus 20 ildən artıq Çexiya Xarici İşlər Nazirliyində həm mərkəzi aparatında, həm də xaricdə çalışıb.

Hazırda onun cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi qeyri-müəyyəndir. Belə ki, Çexiya qanunvericiliyinə görə, izləmə polisin iştirakı olmadan yalnız xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirsə, toplanmış sübutlardan məhkəmədə istifadə etmək olmaz.

Nizami Bağırov