Xəbər lenti

Çin ABŞ hərbi gəmisinin suverenliyini pozduğunu iddia etdi
Dünya 14:54 04.12.2023

Çin ABŞ hərbi gəmisinin suverenliyini pozduğunu iddia etdi

Çin ordusu ABŞ-ın "USS Gabrielle Giffords” hərbi gəmisini ölkənin Cənubi Çin dənizindəki suverenliyini "ciddi şəkildə pozmaqda” ittiham edib. ABŞ hərbçiləri isə öz növbəsində beynəlxalq hüquqa uyğun hərəkət etdiyini qeyd ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, "USS Gabrielle Giffords” hərbi gəmisi ilə insident dekabrın 4-də, bazar ertəsi Cənubi Çin dənizində baş verib.
Çin ordusu gəmini "ABŞ-ın regionda sülh və sabitliyə ən böyük təhlükə olduğunu nümayiş etdirən” qanunsuz hərəkətlərdə ittiham edib.

"Bloomberg" qeyd edir ki, cavab olaraq ABŞ-ın 7-ci donanmasının komandanı Meqan Qrin gəminin beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq sularda müntəzəm əməliyyatlar apardığını söyləyib. 

"Biz azad və açıq Hind-Sakit Okean haqqında ümumi vizyonumuzu dəstəkləmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə işləməyə davam etməkdən çəkinməyəcəyik", deyə deyə Qrin bildirib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ və Çin "dəniz məsələləri, xüsusən də mübahisəli Cənubi Çin dənizi ilə bağlı səmimi danışıqlar aparıblar. ABŞ tərəfi Çinin oradakı "təhlükəli və qeyri-qanuni” hərəkətlərindən narahat olduğunu vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->