Xəbər lenti

Çin bu ölkəyə prezident sarayı bağışladı
Dünya 20:27 03.07.2024

Çin bu ölkəyə prezident sarayı bağışladı

Çin Vanuatuya yeni prezident sarayı bağışlayıb..

Qaynarinfo bu barədə "South China Morning Post"a istinadən xəbər verir.

Bazar ertəsi, iyulun 1-də keçirilən mərasim çərçivəsində Çin Xalq Siyasi Məşvərət Şurasının (CPPCC) Milli Komitəsinin sədr müavini Hu Çunhua yeni sarayın simvolik açarını Vanuatunun baş naziri Şarlot Salvaiyə təhvil verib.

Çin bildirib ki, yeni prezident sarayı ölkələr arasında "gedərək artan isti münasibətləri" simvollaşdıran "başqa bir simvolik binadır". Çinin Vanuatudakı səfirliyi qeyd edib ki, prezident sarayı Çinin Vanuatuya hökumət binaları kompleksi tikib hədiyyə edəcəyi layihənin bir hissəsidir. Layihə Maliyyə Nazirliyinin binasının tikintisini və Xarici İşlər Nazirliyinin binasının əsaslı təmirini nəzərdə tutur.

Layihənin dəyəri tərəflər tərəfindən açıqlanmayıb, lakin Avstraliyanın Lou İnstitutunun analitik mərkəzi Çinin tikintiyə 21 milyon dollardan çox xərclədiyini təxmin edir ki, bu da əhalisi 300 min nəfərdən az olan inkişaf etməkdə olan ölkəyə yardım layihəsi üçün əhəmiyyətli bir məbləğdir. 

Eyni zamanda, Çin Vanuatunun ən böyük xarici kreditorudur. Həmin Lou İnstitutunun məlumatına görə, ada dövlətinin xarici borcunun təxminən 40%-i Çinin Eksim Bankının payına düşür.

Elə həmin gün Vanuatu prezidenti Nikenike Vurobaravu və ölkənin baş naziri Hu ilə Çunhua ilə danışıqlar zamanı ada dövlətinin "Vahid Çin" prinsipinə sadiqliyini bir daha təsdiqləyiblər.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->